Məhsul Kataloqu

OCT SLO MOcean 4000 (Moptim)

Marka: Moptim

Əsas Funksiyaları

Retina və ön seqment görüntüləmə: 12 mm retina, 16 mm buynuz qişa (kornea) görüntüləməsi ilə geniş və dərin analiz.

45° SLO görüntüləmə sistemi: Real-time (canlı) görüntü izləmə və fokuslama dəqiqliyi.

Qlaukoma və makula analizləri: ILM–IPL qalınlıq profili, RNFL (retinal sinir lif təbəqəsi) və disk analizləri ilə erkən diaqnoz imkanı.

Anterior segment (ön seqment) analizi: Buynuz qişa qalınlığı, ön kamera dərinliyi (ACD), ATA, AOD və TISA kimi göstəricilərin avtomatik hesablanması.

3D görüntüləmə və çoxsaylı HD kəsik görüntüləri: Patoloji dəyişikliklərin aydın vizualizasiyası və informativ hesabatlar.

OCT Angioqrafiya (OCTA) modulu (opsional): Qan damarlarının sıxlığını, axın sahəsini və FAZ (Foveal Avascular Zone) ölçülərini təyin edir.

 

Əsas Xüsusiyyətlər

45° SLO əsaslı göz izləmə sistemi ilə dəqiq fokuslama

16 mm genişlik və 7.36 mm dərinlikdə görüntü (ön seqment üçün)

3.1 mm dərinliklə xorioid təbəqəsinin aydın təsviri

Yüksək dəqiqlikli SLO və OCT təsvirləri

Retina qalınlığı xəritələri (6x6 mm ərazi üzrə)

ILM-RPE və ILM-IPL qalınlıq profilləri

Qlaukoma üçün irəliləmə (progressive) təhlili

Avtomatik linza qalınlığı ölçümü (Lens Mode)

3D görüntüləmə və real-time izləmə ilə ardıcıl müqayisə imkanı

 

Texniki Göstəricilər

OCT Görüntüləmə:

Metod: Spektral domen OCT

İşıq mənbəyi: Superluminescent diode (SLD), 840 nm

Skan sürəti: 80,000 / 120,000 A-skan/saniyə

Aksial (şaquli) ayırdetmə: 5 mikron (optik), 3.6 mikron (rəqəmsal)

Eninə ayırdetmə: 15 mikron (optik), 3 mikron (rəqəmsal)

Görüntü dərinliyi: 3.1 – 7.36 mm

Diopter aralığı: -20 D ~ +20 D

OCTA (opsional modul):

Skan sahələri: 3x3 mm, 6x6 mm, 8x8 mm, 12x8 mm

Disk sahəsi: 4.5x4.5 mm və 6x6 mm

Analiz: Damar sıxlığı, perfuziya sıxlığı, axın sahəsi, FAZ indeksi

Alqoritm: C-OMAG

Segmentasiya: VRI, səthi, aralıq, dərin, xorioid və fərdiləşdirilmiş qatlar

 

Fiziki göstəricilər:

Ölçülər: 532 × 360 × 540 mm

Çəki: 30.5 kq

Gərginlik: AC 100–240V, 50–60Hz

Güc sərfi: 90 VA

Digər məhsullar