Məhsul Kataloqu

Krosslinking Cihazı Palm Scan OMNI (Micro Medical Devices)

Omni Corneal Cross Linking cihazı, buynuz qişanın möhkəmləndirilməsi üçün istifadə olunan bir sistemdir. Bu cihaz korneal krosslinkinq prosedurunda *365 nm dalğa uzunluğunda UB işıq və riboflavin* fotosensitizeri ilə buynuz qişada kollagen lifləri arasında yeni kimyəvi bağların yaranmasını təmin edir. Prosedurun məqsədi buynuz qişanın nazilməsi və keratokonus kimi xəstəliklərin irəliləməsini dayandırmaqdır.

Əsas Xüsusiyyətləri:
- Tənzimlənən Güc: 3 mW-dan 45 mW/cm²-dək enerji səviyyələri ilə müalicə parametrlərini incə tənzimləmək imkanı.
- Göz İzləmə: Göz hərəkətlərinə nəzarət edən infraqırmızı kamera; göz hərəkət etdikdə müalicəni avtomatik dayandırır.
- Paximetr İnteqrasiyası: İstəyə görə daxil edilmiş pachymeter ilə riboflavin miqdarının avtomatik təyin edilməsi imkanı.
- Dokumentasiya və Göstərişlər: Wi-Fi və Bluetooth vasitəsilə məlumatların ixracı və 7 düymlük rəngli toxunma ekranında müalicə məlumatlarının izlənməsi.


İşıqlandırma Rejimləri:

Fasiləsiz, impuls (pulsed) və LASIK üçün xüsusi radiasiya modları ilə işləyir.
Özünü Kalibrləmə və Tənzimləmə: Cihaz özünü kalibrləyir və ayarları avtomatik olaraq tənzimləyir.